Cəmiyyət

19 Avqust

Fəqani Rəhimova hökm oxundu – 5 il şərti cəza

Finss.az - Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin qərarına əsasən, Fəqani Rəhimova 3 il sınaq müddəti ilə 5 il şərti azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, iş adamı külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş vəsaitləri leqallaşdırmaqda təqsirləndirilirdi. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülmüşdü.

© apa

Eləcədə bax: Lionel Messi ABŞ-n “İnter Mayami” klubunda 875 qol vuraraq tarixi rekorda imza atdı